Qətər İsrailin UEFA-dan çıxarılmasını tələb edir

Qətər müxtəlif ölkələrin futbol rəhbərlərinə təsir göstərərək, İsrailin Avropa yarışlarından çıxarılmasını tələb edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qətərlilər bu məsələni UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında səsverməyə çıxarmaq istəyirlər.

Bunun səbəbi hazırda İsrailin Fələstinə davam edən hücumlarıdır. Qətərdə ötən həftə ərzində bu məsələdə dəstək toplamaq üçün iş aparılıb. Hazırda 20 ölkə İsrailin Avropa turnirlərində iştirakına “yox” deməyə hazırdır, 3 ölkə isə buna qarşı çıxır. UEFA-nın ümumi üzvlərinin sayı 55-dir.

İsrail Futbol Assosiasiyası səsvermənin keçirilməsinin qarşısını almaq üçün əlindən gələni edir. Əks halda, onların milli komandası Ukraynanı işğal etmək istəyən Rusiyanın komandalarının son 3 il ərzində yalnız yoldaşlıq oyunlarında iştirak etməsi kimi məhdudiyyətlərlə üzləşə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button