Kapitan yeni transfer haqda: “O, hörmət edilən qapıçının yerinə gəlib”

PSJ-nin kapitanı Markinyos fransalı yeni qapıçı Luka Şevalye barədə fikirlərini bölüşüb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, Şevalyenin komandadan ayrılan Canluici Donnarummanı layiqincə əvəzləyə biləcəyinə əmindir:

“O, artıq komandaya uyğunlaşıb. Ondan gözləntilər çox yüksəkdir, çünki hörmət edilən bir qapıçının yerinə gəlib. Amma biz onun potensialına inanırıq. O, böyük uğurlara çata bilər. Ümid edirəm ki, bizim üçün Donnarumma qədər vacib olacaq”.

Donnarumma PSJ-də tez-tez tənqidlərə məruz qalsa da, ötən mövsüm klubun arzulanan UEFA Çempionlar Liqasını qazanmasında böyük rol oynamışdı. İtaliyalı qolkiper bu yay karyerasını “Mançester Siti”də davam etdirmək qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button