“Mançester Yunayted” Kazemiroya əvəzləyici tapıb
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ingilis futbolçunu transfer etməkdə maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi onu fevralda 34 yaşı tamam olacaq braziliyalı futbolçu Kazemiroya alternativ kimi nəzərdən keçirir.
Uortonun “Kristal Pelas”la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



