Serb futbolçu “Əl-İttihad”a keçir – 20 milyon avroya

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu müdafiəçi Jan-Karlo Şimiçin transferində razılıq əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu ilə müddəti 4 il olan müqavilə imzalanacaq. Onun hazırkı klubu “Anderlext” transferdən təxminən 20 milyon avro (bonuslarla birlikdə) qazanacaq.

20 yaşlı müdafiəçiyə daha əvvəl “Latsio” da maraq göstərmişdi.

Şimiç vaxtilə “Milan”da da bir neçə oyun keçirib. O, ötən il Serbiya milli komandasının heyətində debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button