Santuş AFFA-dan milyonlar tələb edir – Təzminat olaraq

AFFA bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.

Federasiya rəhbərliyi yığmanın DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə səfər matçındakı məğlubiyyətindən (0:5) sonra portuqaliyalı mütəxəssislə yola davam etməməyə qərar verib.

AFFA müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün Santuşa təzminat ödəməli olacaq. Komanda.az-ın əldə etdiyi məlumata görə, Santuş federasiyadan 4 milyon avroya yaxın təzminat tələb edir. Ola bilsin ki, danışıqlar nəticəsində bu məbləğ bir qədər azaldılsın.

Santuşun AFFA ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button