Lukaku “Qarabağ”a qarşı oynamayacaq

“Napoli”nin futbolçusu Romelu Lukaku “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının liqa mərhələsinin matçında iştirak edə bilməyəcək.

Komanda.az Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 oyunu üçün iştirak ərizəsinə daxil edilməyib. Buna onun zədəli olması səbəb olub. Hazırkı İtaliya çempionu “Mançester Yunayted”dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib. 

Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button