
“Qarabağ”ın rəqibinin futbolçusu Fransa klubuna keçib
İngiltərəli müdafiəçi Ben Çiluell “Çelsi”dən ayrılıb.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti 28 yaşlı futbolçunun Fransa Liqa 1 təmsilçisi “Strasburq”la müqavilə imzaladığını açıqlayıb. Sözləşmənin müddəti iki il nəzərdə tutulub.
Çiluell ötən mövsümün ikinci yarısında icarə əsasında “Kristal Palas”ın heyətində çıxış edib. O, 12 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
“Strasburq” Fransa çempionatında 3 turdan sonra 6 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
“Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



