Hüseynovun komandası səfərdə uduzdu

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında 6-cı tur matçına çıxıb.

Komanda.az xəbər verir ki, komanda səfərdə Sofiya “Slaviya”sı ilə qarşılaşıb və 0:2 hesabıyla uduzub.

Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

“Arda” hazırda turnir cədvəlində 5 xalla 9-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button