“Bayern” futbolçusunu Niderland klubuna satdı

Niderlandın PSV klubu “Bayern”in yarımmüdafiəçisi Pol Vannerin transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Daha əvvəl mətbuatda transferin 15 milyon avroya başa gəldiyi bildirilib.

Vanner 2024/2025 mövsümündə “Haydenhaym”da (Almaniya) icarə əsasında oynayıb. O, 41 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button