“Siz çıxışımızı qorxaqlıq adlandırırsız və mən bunu oyunçularıma hörmətsizlik sayıram”

“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında bu gün Bolqarıstanın “Levski” komandası ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyun haqda çox şey danışmaq istəmədiyini bildirib:

“Levski”ni növbəti mərhələyə keçməsi münasibətilə təbrik edirəm. Hazırda mən heç bir şey deyə bilmirəm. İki oyunda rəqib qapısına yol tapa bilmirsənsə, deməli, növbəti mərhələyə layiq deyilsən.

Azərkeşlərə təşəkkür etmək istəyirəm. Həqiətən də, bu gün möhtəşəm atmosfer yaratmışdılar. Həqiqətən də, məyusuq.

Oyuna gəlincə, çox şey danışmaq istəmirəm. Təhlil edib, artıq sabahdan çempionat oyunlarına hazırlaşacağıq. Çalışacağıq ki, çempionat yolu ilə yenidən xəyalımız olan avrokubok oyunlarına vəsiqə qazanaq.

Ən azından Sofiyada yaxşı, intizamlı oyun oynadıq. Siz burdakı çıxışımızı qorxaqlıq adlandırırsız və mən bunu oyunçularıma qarşı hörmətsizlik sayıram. Bu gün ilk hissədə bir səhvimiz oldu və rəqib standart vəziyyətdən sonra qapımıza yol tapdı. Ona görə də, biz hələ də inkişaf etməliyik və dediyim kimi, xəyalımız olan avrokuboklara yenidən qayıtmalıyıq.

Siz kiminsə qorxaq futbol oynadığını deyirsizsə, bunun üçün səbəbiniz olmalıdır. Bu qədər azarkeşlərə nəzarət etmək bizim əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Bu gün biz qalib gəlsəydik, onlar oyunun sonuna qədər stadionda qalacaqdılar. Düzdür, bu gün biz onları üzdük, ən azından bərabərlik qolunu vurub onların tribunada sona qədər qalmalarını təmin edə bilərdik. Amma bu, futboldur və burda hər şey ola bilər. Yenə də deyirəm, azarkeşlərin hər birinə təşəkkür edirəm.

Yanlış xatırlamıramsa, biz dəyişiklikləri 70-ci dəqiqədən sonra etdik. Həmin dəqiqədə biz geridə idik. Hər dəyişikliyin arxasında xoş bir niyyət var. Düşünürük, meydana çıxan yeni oyunçu daha çevikdir, daha aktivdir. Bu gün etdiyimiz dəyişikliklər oyunun gedişini dəyişsəydi, onda deyəcəkdiz ki, siz oyunu necə yaxşı oxuya bildiz! Yenə də deyirəm, hər bir dəyişiklikdə xoş niyyət var idi, ayaqları daha dincdir və komanda üçün daha effektli ola bilər”.

İlk oyunda da məğlub (0:1) olan Masazır təmsiliçisi avrokuboklarda mübarizəni dayandırıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button