“Barselona”dan getməyəcəm”

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes klubdakı gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə aydınlıq gətirib.

22 yaşlı futbolçu ilə “Çelsi”, “Mançester Yunayted” və Avropanın bir neçə digər klubu maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu iddiaları təkzib edib və “Barselona”da qalacağını bildirib:

“Barselona” azarkeşləri rahat ola bilər, çünki mən klubda qalıram. “Barselona”dan getməyəcəm”.

Fermin Lopes son mövsümdə 46 oyunda meydana çıxaraq, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button