“İnter”in vitse-prezidenti İnzaqiyə təşəkkür etdi

“İnter”in sabiq futbolçusu və hazırkı vitse-prezidenti Xavyer Zanetti komandanın keçmiş baş məşqçisi Simone İnzaqiyə təşəkkürünü bildirib.

Komanda.az xəbər verir ki, Milan klubunun rəsmisi “Clank” verilişində çıxışı zamanı belə deyib:

“İnzaqiyə klub üçün etdiyi hər şeyə görə təşəkkür etmək istəyirəm. “İnter”ə verdiyi hər şey üçün minnətdarıq”.

İnzaqi 2021-ci ildən 2025-ci ilə qədər “İnter”i çalışdırıb. O, 2024/25 mövsümünün sonunda Milan təmsilçisindən ayrılaraq, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

“İnter” 49 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya A Seriyasının çempionu olub və UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button