
“Yuventus”un yarımmüdafiəçisi Premyer Liqa klublarının “radar”ındadır
“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis hələ də İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Nottingem Forest”in transfer hədəflərindən biri olaraq qalır.
“Meşəçilər” bir müddət əvvəl də “Aston Villa”nın sabiq futbolçusuna maraq göstərmişdi, ancaq son zamanlar bu mövzuda şayiələr səngimişdi. Hazırda braziliyalı oyunçunun xidmətində maraqlı olan digər klublar arasında “Everton” və “Vest Hem” də yer alır.
“Yuventus” Duqlas Luisi ötən il “Aston Villa”dan 50 milyon avrodan çox məbləğə transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



