Arteta transferlər haqda: “Hələ vaxt var”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun bu yay transfer bazarındakı işi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu söyləyib:

“Rəqəmlərə gəlincə, biz çox kiçiyik. Ancaq hələ vaxt var və ümid edirik ki, transfer dövrünün qalan günlərində komandanı gücləndirə biləcəyik”.

“Arsenal” uzun müddətdir “Sportinq”in hücumçusu Viktor Qyokereşlə bağlı danışıqlar aparır, lakin son vaxtlar müzakirələr dalana dirənib.

İngiltərə klubu, eyni zamanda, Martin Subimendi, Noni Madueke, Kristian Noerqaard və Kepa Arrisabalaqanı heyətinə qatıb və transferlərin ümumi dəyəri təxminən 150 milyon avro təşkil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button