
“Arsenal” “Çelsi”nin futbolçusu ilə anlaşıb
“Çelsi”nin vingeri Noni Madueke “Arsenal”a keçməyə bir addım da yaxınlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “topçular”la müddəti 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə edib.
Ancaq transferin reallaşması üçün klubların ortaq məxrəcə gəlməsi hələ də açıq məsələ olaraq qalır.
“Arsenal” Madueke üçün 45 milyon avro və əlavə bonuslar təklif etsə də, bu məbləğ “Çelsi”ni razı salmayıb. London təmsilçisi 23 yaşlı vingerin transferi üçün 65 milyon avro tələb edir. Yalnız bu məbləğ təklif olunacağı təqdirdə, londonlular onun keçidinə “yaşıl işıq” yandırmağa hazırdır.
Madueke cari mövsümdə Klublararası dünya çempionatında 5 oyunda iştirak edib. O, ümumilikdə mövsüm ərzində 46 matça çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



