
Belçika klubu “Milan”ın 38 milyon avroluq təklifini qəbul etməyib
“Milan” hələ də Ardon Yaşarinin transferi ilə bağlı Belçikanın “Brügge” klubundan rəsmi cavab ala bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu İsveçrə millisinin 22 yaşlı üzvü üçün 10 gün əvvəl 38 milyon avro təklif edib. Ancaq “Brügge” hələ də bu təklifə cavab verməyib. Klubun daha sərfəli bir təklif gözlədiyi və Yaşarinin satışından 46 milyon avrodan çox gəlir əldə etməyə ümid etdiyi iddia olunur.
“Brügge” Ardon Yaşarini ötən yay “Lutsern” klubundan 6 milyon avroya transfer etmişdi. Gənc yarımmüdafiəçi son mövsümdə bütün turnirlərdə 52 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin