
Polşalı futbolçudan “Yuventus” – “Barselona” müqayisəsi
“Barselona”nın qapıçısı Voyçex Şesnı indiki komandasında oynanılan futbola heyranlığını gizlətmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, “Yuventus”da oynadığı zaman topun onda olduğu anda müdafiəçilərin ötürmə istəmədiklərini bildirib:
“Orada mən topu aldığımda, müdafiəçimiz beş metr aralıda, arxasını mənə tərəf dönürdü, yəni, ötürmə istəmirdi. Burada – “Barselonada” isə hər kəs top almaq istəyir. Pedri yeddi rəqib futbolçu arasında olsa da, yenə də top istəyir”.
Şesnı 2017-2024-cü illərdə “Yuventus”da çıxış edib. 35 yaşlı qolkiper “Barsa” ilə müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



