Ansu Fati Fransa klubunda – Rəsmi

“Barselona”nın hücumçusu Ansu Fati icarə əsasında “Monako”ya keçib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşma bir mövsüm üçün nəzərdə tutulub və müqavilədə ispaniyalı futbolçunun satın alınması hüququ da yer alıb. İddialara görə, “Monako” icarə müddəti başa çatdıqdan sonra onu 11 milyon avroya transfer edə bilər.

22 yaşlı forvard 2024/25 mövsümündə bütün turnirlərdə 11 oyunda iştirak edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button