
“Barselona”nın zədəli futbolçusu fərdi məşqlərə başlayıb
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal ağır zədədən sonra fərdi məşqlərə başlayıb. O, dizinin çarpaz bağlarını zədələdiyi üçün uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu iyulun 13-də “Barselona”nın əsas heyətinə qoşulacaq. Komanda həmin tarixdə mövsümöncəsi hazırlıqlara start verəcək.
Bernalın kataloniyalılarla birlikdə Asiya turnesinə qatılması da gündəmdədir.
İspaniyalı futbolçu son mövsümdə La Liqada cəmi üç oyunda iştirak edə bilib. Sonradan aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



