Fatinin “Monako”ya keçidinin maliyyə detalları bəlli olub

“Barselona”nın vingeri Ansu Fatinin “Monako”ya icarəyə verilməsi ilə bağlı maliyyə detalları məlum olub.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun icarə müddəti başa çatdıqdan sonra Fransa klubu onu 11 milyon avroya transfer edə biləcək.

Maraqlıdır ki, bu müqavilə çərçivəsində “Barselona”nın Fatini geri alma hüququ olmayacaq. Kataloniya klubu onun maaş yükündən azad olmaqla, təxminən 8 milyon avro qənaət etmiş olacaq.

İspaniyalı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 11 oyunda meydana çıxıb. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button