Bekhem xəstəxanaya yerləşdirilib

“Real”, “Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem xəstəxanaya yerləşdirilib.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, hazırda ABŞ-ın “İnter Mayami” klubunun həmtəsisçisi olan keçmiş futbolçunun qolu sınıb.

Bu ayın ortalarında Devid Bekhem rəsmi şəkildə “Cəngavər-bakalavr” titulu ilə təltif edilmişdi.

Hazırda Bekhemin sahibi olduğu “İnter Mayami” Klublararası dünya çempionatında çıxış edir. Komanda qrup mərhələsini uğurla keçərək, pley-offa vəsiqə qazanıb və burada UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button