Poqba bu həftə tibbi müayinədən keçəcək

Fransalı yarımmüdafiəçi Pol Poqba yaxın günlərdə “Monako”nun yeni futbolçusu kimi təqdim olunacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq iki illik müqavilənin şərtlərini razılaşdırıblar.

Gözlənilməz bir hal baş verməzsə, 32 yaşlı futbolçu həftənin sonuna kimi Fransaya dönərək tibbi müayinədən keçəcək və “Monako” ilə rəsmi müqavilə imzalayacaq.

Poqba hələ də Fransa yığmasının baş məşqçisi Didye Deşamı təəccübləndirərək 2026-cı il dünya çempionatına yollanmaq ümidini itirməyib. O, “Yuventus”la müqaviləsini pozduqdan sonra klubsuz qaldı və sonradan “Monako” ilə anlaşdı. Onun uzunmüddətli dopinq cəzası bu ilin martında başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button