Fati bu həftə tibbi müayinədən keçəcək – Yeni klubu üçün

“Barselona”nın vingeri Ansu Fati bu həftə icarə əsasında “Monako”ya keçməzdən əvvəl tibbi müayinədən keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar Fatinin icarəsi ilə bağlı müqavilənin detallarını yekunlaşdırır.

Razılaşmaya satınalma hüququ da daxil ediləcək. Müqavilənin yaxın zamanda bağlanması gözlənilir.

İspaniyalı futbolçu 2024/25 mövsümündə 11 oyunda iştirak edib. 22 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button