
Poqbaya 2 illik müqavilə təklif olunub
Pol Poqba “Monako”ya keçməyə yaxındır.
Komanda.az xəbər verir ki, tərəflər transferin yekun detalları üzərində danışıqlar aparır.
“Monako” 31 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib. O, hazırda azad agent statusundadır.
Dopinq istifadəsinə görə 4 illik diskvalifikasiya alan fransalı futbolçunun cəzası 18 aya endirilmişdi. Bu səbəbdən, o, artıq bu ilin martında cəzasını başa vurub. Onunla “Monako”dan başqa, “Marsel” də maraqlanır.
Poqba 2023/24 mövsümündə “Yuventus”un heyətində cəmi 2 oyunda iştirak edib və həmin vaxtdan bəri rəsmi matçlarda meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin