
“Çelsi” qanalı hücumçu üçün danışıqlara start verib
“Vest Hem”in hücumçusu Məhəmməd Kudus karyerasını Premyer Liqanın başqa komandasında davam etdirə bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “Çelsi” 24 yaşlı futbolçunu transfer etmək istəyir və bu məqsədlə “Vest Hem”lə danışıqlara başlayıb.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kudusun bazar dəyəri 45 milyon avrodur. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
Qanalı futbolçu son mövsümdə İngiltərə Premyer Liqasında 32 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



