Poqba Fransa klubu ilə danışıq aparır

Fransalı futbolçu Pol Poqba “Monako”ya keçmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu və futbolçu arasında danışıqlar aparılır, ancaq “Monako” bu məsələdə ehtiyatlı davranır.

Bildirilir ki, Poqba transferin baş tutması üçün maliyyə güzəştlərinə getməyə hazırdır. O, ailəsi ilə birlikdə tez bir zamanda uyğunlaşmaq üçün artıq bütün hazırlıqları tamamlayıb.

Poqba hazırda klubsuzdur. O, dopinqə görə diskvalifikasiya olunduqdan sonra “Yuventus” keçən ilin noyabrında onunla müqaviləyə xitam verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button