“Ronaldo uşaqlıqdan mənim üçün nümunə olub” – Gürcü futbolçu

Gürcüstan millisinin və PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, gürcü futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu ilə bağlı tanınmış sabiq müdafiəçi Rio Ferdinandın “youtube” kanalında danışıb:

“Ronaldo uşaqlıqdan mənim üçün nümunə idi. Onun çıxışını həmişə izləyirdim. Peşəkarlığı mənim üçün əsas göstərici idi. Hamı onun dünyanın ən yaxşı futbolçularından biri olduğunu bilir, ancaq mənim üçün o, daha çox həyat tərzi ilə nümunə olub”.

Kvaratsxeliya Fransa Liqa 1-də başa çatan mövsümdə 14 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button