“Arsenal” 18 yaşlı oyunçunu satmaq fikrində deyil

“Arsenal”ın gənc vingeri İtan Nvaneri Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın bir sıra top-klubları Nvanerinin çıxışını yaxından izləyir.

Buna baxmayaraq, “topçular”ın rəhbərliyi 18 yaşlı futbolçunu heyətdə saxlamaqda qərarlıdır və onunla bağlı uzunmüddətli planlar qurur.

İngiltərəli oyunçu cari mövsümdə bütün turnirlərdə 36 matçda meydana çıxıb, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button