
Demişeliç Meksika klubundan qovuldu
Argentina millisinin sabiq üzvü Martin Demişeliç “Monterrey”in baş məşqçi postundan qovulub.
Komanda.az xəbər verir ki, Meksika klubu argentinalı mütəxəssilə yola davam etmək istəməyib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Yeni məşqçinin adı yaxın günlərdə açıqlanacaq.
Demişeliç 2024-cü ilin avqustundan “Monterrey”i çalışdırırdı. Bu mövsüm komanda Meksikanın müntəzəm çempionatında 7-ci yeri tutub və 1/4 final mərhələsində pley-offdan kənar qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



