
“Qarabağ”ın müdafiəçisi Macarıstan klubuna keçəcək?
“Qarabağ”ın müdafiəçisi Kevin Medina “Ferentsvaroş”a keçməyəcək.
Komanda.az xəbər verir ki, Macarıstanın “Ülloi ut 129” portalı kolumbiyalı futbolçunun yayda “Qarabağ”ı “Ferentsvaroş”a dəyişə biləcəyi haqda xəbəri təkzib edib.
Macar həmkarlarımızın yazdığına görə, “Ferentsvaroş” Medina üçün “Qarabağ”a müraciət etməyib.
32 yaşlı müdafiəçi 2020-ci il iyulunda Ağdam klubuna keçib. Onun klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin