“Yuventus” braziliyalı futbolçu ilə bağlı qərar verib

Braziliyalı yarımmüdafiəçi Duqlas Luisin “Yuventus”da çıxışı təsirli olmayıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı futbolçunu yay transfer pəncərəsində satmaq qərarına gəlib.

İtaliya klubu Luisin satışından təxminən 40 milyon avro qazanmağı gözləyir. “Nottingem Forest”in onun transferində maraqlı olduğu deyilir.

Luis ötən yay 51,5 milyon avroya “Aston Villa”dan “Yuventus”a keçib. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2029-cu ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button