ÇL: “Əlbəttə, “Bayern” “Bayern”dir, amma…”
“Bayern”in sabiq yarımmüdafiəçisi Frank Riberi keçmiş komandasının UEFA Çempionlar Liqasının 1/4 finalında “İnter”lə qarşıdakı oyunu haqda fikirlərini bölüşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçunun fikrincə, qarşıdakı görüş nəticə baxımından gözlənilməz olacaq:
“Əlbəttə, “Bayern” “Bayern”dir, amma indi “İnter” də eyni səviyyədədir. Milanlılar bu turnirdə qalib gələcəyinə arxalana bilər”.
“Bayern” və “İnter” arasında keçiriləcək ilk 1/4 final oyunu bu gün saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



