Sabiq futbolçu “qızıl top” Salahın olmalıdır” dedi

Sabiq futbolçu Kafu 2025-ci ildə “qızıl top”u kimin qazanmalı olduğu sualına cavab verib.

Komanda.az xəbər verir ki, braziliyalı sabiq müdafiəçi bu sualı “Meta Sport Forumu”nda çıxışı zamanı alıb. Kafunun fikrincə, bu il nüfuzlu mükafatın sahibi “Liverpul”un hücumçusu Məhəmməd Salah olmalıdır.

Salah 2024/2025 mövsümündə 43 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun “Liverpul”la hazırkı müqaviləsi bu il iyunun sonuna qədərdir. Daha əvvəl Salahın yayda Səudiyyə Ərəbistanına gedə biləcəyi barədə məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button