
Rafinya komanda yoldaşını təriflədi: “Əsl liderdir”
“Barselona”nın futbolçusu Rafinya mərkəz müdafiəçisi İniqo Martinesin komanda üçün əhəmiyyətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Rəsmi olaraq, Martines kapitanlardan biri deyil. Amma mənim fikrimcə, paltardəyişmə otağında o, mütləq komandanın kapitanlarından biridir. O, əsl liderdir”.
Martines 2023-cü ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə 36 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



