“İnter”in hücumçusu millinin oyunlarını buraxacaq

Markus Türam zədə səbəbindən Fransa yığmasından ayrılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”in hücumçusu sol topuq nahiyəsindən zədə alıb. O, millinin baş məşqçisi Didye Deşamın qərarı ilə klubun düşərgəsinə qayıdıb.

Türam UEFA Millətlər Liqasının Xorvatiya yığması ilə matçlarında iştirak etməyəcək.

Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final mərhələsində martın 20-23-də Xorvatiya yığması ilə iki oyun keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button