
Almaniya klubu baş məşqçi postunu Raula tapşırmaq istəyir
“Şalke” “Real”ın və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzalesi komandanın baş məşqçi postuna dəvət edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.
Almaniya klubu artıq ötən qış ispaniyalı məşqçini dəvət etməyə çalışsa da, o, “Real”ın ikinci komandası “Kastilya”da qalmağa üstünlük verib. Onlar çox güman ki, yayda Raulla razılığa gəlmək üçün daha bir cəhd edəcək.
Raul futbolçu kimi 2010-2012-ci illərdə “Şalke”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin