
Bekhem: “Uşaqlıqdan məşhur futbolçu olacağımı bilirdim”
Keçmiş futbolçu, hazırda isə “İnter Mayami”nin sahibi olan Devid Bekhem uşaqlıq arzularından və peşəkar karyerasını başa vurduqdan sonra məşqçi olmayacağını bildiyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü bunu deyib:
“Uşaqlıqdan məşhur futbolçu olacağımı bilirdim. Mən həmişə bilirdim ki, nə vaxtsa oynamağı bitirib hansısa bizneslə məşğul olmağa başlayacam”.
“İnter Mayami” hazırda KONKAKAF Çempionlar Liqasında çıxış edir. Komanda iki görüşdə “Sportinq Kanzas Siti”ni məğlub edərək (4:1), turnirin növbəti mərhələsinə – 1/8 finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin