
“Real”ın gözü “Arsenal”ın müdafiəçisindədir
“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba İspaniya çempionatına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiədə problem yaşayan “Real” fransalı futbolçunu almaq istəyir.
Salibanın “Arsenal”la müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. 23 yaşlı müdafiəçi İngiltərə çempionatının bu mövsümündə 25 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin