
“Reyncers” baş məşqçi ilə yollarını ayırıb
“Reyncers”in baş məşqçisi Filipp Klement komandanı tərk edib.
Komanda.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, klub bu haqda açıqlama yayıb:
“Klub Klementə baş məşqçi olduğu müddətdə verdiyi zəhmətə və fədakarlığına görə səmimi təşəkkürünü bildirir”.
Belçikalı mütəxəssis 2023-cü ilin oktyabrından “Reyncers”ə rəhbərlik edib.
Komanda Şotlandiya Premyer Liqasında “Seltik”dən 13 xal geri qalaraq, ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin