
“Arsenal” dişsiz” komandadır” – Sabiq futbolçu
“Arsenal”ın sabiq futbolçusu Pol Merson UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərə klubu ilə PSV arasında baş tutacaq qarşıdurma haqda fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, İngiltərə klubunun hücumçularından şikayətlənib:
“Arsenal” – PSV matçında şanslar nə qədərdir? 50/50. Londonluların hücum oyunçuları yoxdur, “dişsiz” komandadır. Mərkəz hücumçusu olmaq sənət növüdür, sadəcə olaraq, hər oyunçunu bu mövqeyə qoya bilməzsən”.
London klubu İngiltərə Premyer Liqasında son oyununda doğma meydanda “Vest Hem”ə 0:1 hesabı ilə uduzub. “Arsenal”ın Çempionlar Liqasında PSV ilə oyunları martın ilk yarısında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin