![](https://komanda.az/wp-content/uploads/2022/12/kepez.jpg)
“Kəpəz”ə sponsor tapıldı – Rəsmi
“Kəpəz”in sponsor danışıqları müsbət yekunlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisinin açıqlamasında bunlar qeyd edilib:
“Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. “Kəpəz”imiz üçün xeyirli-uğurlu olsun!”
“Kəpəz” Azərbaycan Premyer Liqasında 18 xalla 9-cu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin