
“Şamaxı”dan “oyun alveri” ittihamı ilə qovulan futbolçu Rusiya klubuna keçib
Ötən ilin dekabrında “Şamaxı”nın müqaviləsinə xitam verdiyi Georgi Kantariyanın yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rusiyada çıxış edəcək.
O, 1-ci liqa rəmsilçisi “Sokol”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kantariya ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
Kantariya mövsümün əvvəlində “Şamaxı”ya keçsə də, adı danışılmış oyunlarda hallandığı üçün dekabrda klubdan göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin