“Arsenal”ın hücumçusu üçün mövsüm başa çatdı

“Arsenal” azarkeşləri üçün üzücü xəbər var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kay Havertsin Dubaydakı mini düşərgə zamanı aldığı zədənin ciddi olduğu üzə çıxıb.

Almaniyalı futbolçunun bud sümüyü zədələnib və 2024/25 mövsümünün qalan hissəsini buraxacaq. O, bu mövsüm 34 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mikel Artetanın komandası qrafikdəki fasilə səbəbindən mini düşərgəyə yollanıb. “Topçular” İngiltərə kubokundan erkən kənarlaşdırılıb və UEFA Çempionlar Liqasının 1/8 finalına birbaşa yüksəliblər. Buna görə də, onların iki oyunu arasında 10 gün ara olacaq. Fevralda belə bir fasilənin olması çox əlverişli hesab olunur.

“Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button