“Bayern” rəsmisindən Virtslə bağlı açıqlama

“Bayern”in rəhbəri Herbert Hayner Leverkuzen “Bayer”inin futbolçusu Florian Virtsin mümkün transferi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun prezidenti Virtsin yaxşı oyunçu olduğunu etiraf edib:

“Bir futbol azarkeşi kimi etiraf etməlisən ki, Virts yaxşı oyunçudur. Həmişə xəyal edə bilərsiz. Mən də belə düşünürəm. Bununla belə, onun “Bayer”lə müqaviləsi var”.

Almaniyalı yarımmüdafiəçi “Bayern”in əsas hədəflərindən biri hesab olunur. 21 yaşlı futbolçu üçün “Mançester Siti”, “Real” və Avropanın yüksək liqalarının digər böyük klubları da mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button