Avropa çempionatı: Azərbaycanın millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin matçları üçün heyəti məlum olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 18 oyunçu cəlb edilib.

Komanda bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının 2-ci seçmə mərhələsinin B qrupunda iştirak edəcək. Milli fevralın 18-də Şimali İrlandiya, fevralın 21-də Albaniya, 3 gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.

S.Ad / SoyadKlub
1Mehriban ŞahməmmədovaNeftçi PFK
2Güləsər İsmailovaSumqayıt FK
3Aydan ƏkbərovaDirçəliş FK
4Aysel ZiyadovaQəbələ FK
5Ülviyyə İslamovaBaku Juniors
6Pərişan AbdullayevaDirçəliş FK
7Səma HəsənliQəbələ FK
8Vahidə ƏlipaşayevaDirçəliş FK
9Fatimə ƏhmədovaSumqayıt FK
10Aydan HəsənovaGazikentspor (Türkiyə)
11Məsumə NəzərliNeftçi PFK
12Röya ƏliyevaSumqayıt FK
13Mədinə CuruqovaNeftçi PFK
14Mədinə QadimaliyevaSumqayıt FK
15Aysu MurtuzayevaNeftçi PFK
16Aysel CumayevaDirçəliş FK
17Lalə AbbaszadəNeftçi PFK
18Günel MuradovaQəbələ FK
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button