![](https://komanda.az/wp-content/uploads/2022/03/roman-abramovic-1.jpg)
“Çelsi”nin oyununda “Abramoviç” səsləri
Fevralın 8-də “Brayton” və “Çelsi” arasında Federasiya kubokunun 4-cü turunun matçı baş tutub. Oyun “Brayton”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın sonunda londonluların fanatları klubun keçmiş sahibi Roman Abramoviçin adını səsləndiriblər. “Çelsi” 2022-ci ildə rusiyalı iş adamının gedişindən sonra bir titul belə, qazana bilməyib. O, transferlərə 2 milyard dollardan çox pul xərcləyib.
“Çelsi” hazırda Enzo Mareskanın rəhbərliyi altında Premyer Liqada 43 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin