“Çox sağ ol, “Qarabağ”

“Qarabağ”a hər şeyin ən yaxşısını arzulayıram”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”dan Macarıstanın “Ferentsvaroş” klubuna keçən braziliyalı futbolçu Julio Romao Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi keçmiş komandası ilə vidalaşıb:

“Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. “Qarabağ”a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəm. Çox sağ ol, “Qarabağ”. Çox sağ ol, Azərbaycan”.

2022-ci ildən “Qarabağ”da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button