Kvaratsxeliya: “Formada olmaq üzərində işləməyə davam edəcəm”
PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya yeni komandasında keçirdiyi ilk 90 dəqiqəlik oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu bunu deyib:
“Mən formada olmaq üzərində işləməyə davam edəcəm”.
Gürcü futbolçu Fransa kubokunun 1/8 finalında “Le Man”la (2:0) matçda meydanda olub.
PSJ hazırda Fransa kubokunun 1/4 finalına yüksələn ilk komandadır.
Kvaratsxeliya parislilərin heyətinə yanvarın ortalarında qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin