Serxio Ramosun yeni klubu məlum olub

Serxio Ramos futbola qayıdır. O, Meksikanın “Monterrey” klubunda çıxış edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın keçmiş kapitanı yeni klubunda ildə təxminən 4 milyon avro qazanacaq. Razılaşma yaxın günlərdə rəsmən təsdiqlənəcək.

38 yaşlı Ramos ötən yay “Sevilya”nı tərk edib. Onun həmin vaxtdan bəri Avropa klublarından birinə mümkün transferi ilə bağlı tez-tez söhbətlər gedirdi. Ancaq “Monterrey” ortaya çıxana qədər heç kim ispaniyalı müdafiəçi ilə razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button