“Nainqqolan futbolçudur, cinayətkar deyil”

“Lokeren-Temse”nin sabiq futbolçusu Raca Nainqqolanın vəkili Ömər Souidi bildirib ki, müştərisi narkotik qaçaqmalçılığı ilə bağlı hansısa əlaqəni inkar edir.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, belçikalı keçmiş futbolçunun vəkili onun tezliklə “Lokeren-Temse”də oynayacağını gözlədiyini söyləyib:

“O, bununla bağlı hansısa əlaqəni inkar edir. Onun tezliklə “Lokeren-Temse”də oynayacağını gözləyirəm. Ona hələ də ittiham irəli sürülməyib. Bir neçə suala cavab verməli olması o demək deyil ki, onun bu işə aidiyyəti var. Dindirildi, əməkdaşlıq etdi, indi hakimi gözləyirik. Nainqqolan futbolçudur, cinayətkar deyil”.

Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları yanvarın 27-də 36 yaşlı yarımmüdafiəçini narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlayıblar.

Nainqqolan İtaliyanın “Kalyari”, “Piaçentsa”, “İnter”, “Roma”, SPAL və Belçikanın “Antverpen” klublarında çıxış edib. O, “İnter”lə İtaliya, “Antverpen”lə isə Belçika çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button